"Jirnovski öz ampulasındadır. Nəinki öz ölkəsində, həm də Rusiyanın hüdudlarından kənarda o, qeyri-ciddi və təlxək şəxs kimi tanınır. Millətçi və həm də ultra-millətçi mövqeyi ilə xüsusi olaraq fərqlənir. Neo-imperialist düşüncələrinin daşıyıcılarından biridir, kifayət qədər aqressivdir, radikaldır, başqa xalqlara və millətlərə qarşı aşağılayıcı davranışlarını hər zaman ortaya qoyan bir təlxəkdir”
Bunu Moderator.az-a açıqlamasında millət vəkili Fəzail Ağamalı deyib. F.Ağamalı bildirib ki, o, Azərbaycan xalqından və Prezidentindən üzr istəməlidir:
"Jirnovski öz ampulasındadır. Nəinki öz ölkəsində, həm də Rusiyanın hüdudlarından kənarda o, qeyri-ciddi və təlxək şəxs kimi tanınır. Millətçi və həm də ultra-millətçi mövqeyi ilə xüsusi olaraq fərqlənir. Neo-imperialist düşüncələrinin daşıyıcılarından biridir, kifayət qədər aqressivdir, radikaldır, başqa xalqlara və millətlərə qarşı aşağılayıcı davranışlarını hər zaman ortaya qoyan bir təlxəkdir. İndi buyurun növbəti dəfə Duma seçkiləri ərəfəsində özünün radikal millətçilərinin və ayrı-ayrı xalqlara qarşı aşağılayıcı düşüncələrini özündə daşıyan, seçicilərinin səsini almaq üçün Azərbaycana qarşı bu cür hədyanlar yağdırır. Bu gün Azərbaycan ölkəsinin, dövlətinin, Cənab İlham Əliyevin beynəlxalq səviyyədə böyük nüfuzu, hörməti var. Ölkəmizə, dövlət başçımıza hər zaman hər yerdə böyük rəğbət, hörmət hər addımda özünü göstərir. İndi Azərbaycana qarşı bu cür sərsəmləmələr edərək, böhtan və iftiralar yağdıraraq ölkə prezidentinə bütün etik dəyərlərdən kənar ifadələr işlətməklə özünün rəzilliyini, səviyyəsizliyini nümayiş etdirən Jirnovskinin, onsuz da Azərbaycanda bir qara qəpiklik hörməti yox idi. Bundan da sonra olası deyil, çünki bu cür insanlar təkcə Rusiyanın özündə deyil, həm də Rusiyadan kənarda da çox böyük nifrətlə, ironiya ilə qarşılanır.
Bir müddət öncə televiziya kanallarının birində müğənni Alla Quqaçovanın Jirnovksiyə ünvanlanmış fikirlərini dinlədim. Onun əsl simasını Alla Puqaçova olduğu kimi deyir, kim olduğunu böyük kütlə qarşısında söyləyərək, maskasını cırıb, eybəcər sifətini bütün tamaşaçılara onu bir daha tanıdır. Ona görə də bu və buna bənzər çıxışların biz sonra da şahidi olacağıq, çünki Jirnovksi və onun kimiləri Azərbaycanın 44 günlük zəfərini, müstəqil siyasət yeridərək dövlətimizi ən yüksək səviyyəyə qaldıran Ali Baş Komandanımızın çox böyük nüfuzunu həzm edə bilmirlər. Əslində Jirnovskinin bu cür yanaşması Rusiya-Azərbaycan münasibətlərinin indiki səviyyəsilə daban-dabana ziddir, bu münasibətlərin ruhuyla heç cürə uzlaşmır. Azərbaycan Xarici İşlər Nazirliyi haqlı olaraq Rusiyanın səfirliyinin rəsmisinə notanı təqdim edib. İndi də özünəməxsus sərsəm açıqlama verib, amma bu kifayət deyil, o, həm Azərbaycan xalqından, həm də ölkə prezidentindən üzr istəməlidir. Əgər bu olmursa, o, arzuolunmaz şəxs elan olunmalıdır və ölkəmizə gəlməsinə qadağa qoyulmalıdır. Jirnovskinin ayrı-ayrı məsələn, Qazaxıstan və digər ölkələrdə onun söyləmiş olduğu hədyanlara görə həmin ölkələrə getməsi qadağan olunub. Biz də bunu etməliyik və ona qarşı sərt mövqeyimizi ortalığa qoymalıyıq. Bu təlxək nəhayət biz tərəfdən də özünün rəsmi şəkildə cavabını almalıdır”.
Vasif Əlihüseyn