Şəfəqə Doğru » Manşet » "Testin qiyməti aşağı olsun"- Həkim covid testin bahalığından şikayətləndi

"Testin qiyməti aşağı olsun"- Həkim covid testin bahalığından şikayətləndi

"Testin qiyməti aşağı olsun"- Həkim covid  testin bahalığından şikayətləndi

"Bir vətəndaş kimi istəyirəm ki, testin qiyməti aşağı olsun, çünki mən də səfərə getmək istəyirəm”.

Bunları tanınmış uroloq-cərrah Vasif İsmayıl xarici ölkəyə gedərkən Azərbaycanda COVİD-19-a qarşı tələb olunan testin qiymətindən danışarkən deyib. Həkimin sözlərinə görə, testin qiyməti bazar iqtisadiyyatı ilə müəyyənləşir:

"Bunu həmin laboratoriyanın sahiblərindən və sahibkarardan soruşmaq lazımdır. Testin qiyməti ilə bağlı ancaq sahibkarlarla danışmaq lazımdır. Vətəndaş nə edə bilər? Vətəndaş ancaq etiraz edə bilər ki, testin qiymətini aşağı salsınlar”// qaynarinfo