Şəfəqə Doğru » Manşet » Ağsuda dağlıq ərazi yanğın başlayıb

Ağsuda dağlıq ərazi yanğın başlayıb

Ağsuda dağlıq ərazi yanğın başlayıb

Ağsuda "El yeri” adlanan dağlıq ərazinin yaxınlığında yanğın baş verib.

 

Yanğın ötən gün saat 22:30 radələrində kol-kosluq ərazidə başlayıb.

 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin Ağsu, Şamaxı və İsmayıllı yanğından mühafizə hissələrindən 5 yanğınsöndürən maşın və xeyli canlı qüvvə cəlb olunub.

 

Hazırda yanğının meşəlik ərazilərə keçmədən söndürülməsi üçün mübarizə aparılır //modern.az