Sürix Texniki Məktəbinin immunoloqu Say Reddi, gələn il dünyada daha təhlükəli koronavirusun yarana biləcəyi ilə bağlı xəbərdarlıq edib.
Shafaqadogru.com xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.
Həkimin sözlərinə görə, hazırda mövcud ştamların təhlükəli sintezi epidemiyanın növbəti mərhələyə qədəm qoymasına gətirib çıxara, bu isə öz növbəsində çoxsayda insan tələfatı ilə müşaiyət oluna bilər.
Reddi yeni mutasiyaları qaçılmaz adlandırıb və onların orqanizmin immun sistemini məğlub etməyi öyrənəcəklərini bildirib.
"İmmunitet sistemi və virus iki rəqqas kimidir. İmmunitet sanki hərəkət edir və virus buna reaksiya verir. Onunla uzun müddət rəqs edəcəyik. Bəlkə də ömrümüzün sonuna qədər", - həkim vurğulayıb.