Əfqanıstanda bir müddət əvvəl hakimiyyəti ələ keçirən "Taliban”nın son addımı insanları vahiməyə salıb.
Shafaqadogru.com bildirir ki, Kabildə sadə vətəndaşların maşın baqajına atılması ilə bağlı görüntülər səs-küyə səbəb olub. Həmin şəxslərin tələffüzlərinə görə pəncşirli olduqları və bu səbəbdən həbs edildikləri vurğulanıb.
Buna baxmayaraq, ABŞ-lı senator Mayk Valtz bu istiqamətdə qorxulu iddia irəli sürüb.
"Savaşmaq və bizimlə birlikdə olmaq istəyən müttəfiqlərimiz Pəncşir vilayətində soyqırıma məruz qalırlar. Taliban gələcək nəsillərin müqavimət göstərməməsi üçün kişiləri öldürür”, - deyə senator bildirib.
Digər tərəfdən Əfqanıstanın keçmiş vitse-prezidenti Əmrullah Saleh də Pəncşirdəki müqavimət hərəkatının lideri Əhməd Məsudla görüşərkən görüntülənib.