Bu gün Qazax şəhərinin mərkəzi küçəsində Qazax rayon icra başçısının rəhbərliyi və təşəbbüsü ilə Fizuli şəhəri isdiqamətində gedən agır döyüşlərdə qəhramancasına vuruşaraq, şəhid omuş ,Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən "Vətən ugrunda ",”Döyüşdə fərqlənməyə görə" və "Fizulinin azad olunmasına görə" medalları ilə təltif olunmuş, Veyisli Xaliddin Zərgər oğlu adına inşa olunmuş bulagın təntənəli açılışı olub. Açılışda rayonun idarə və təşkilat rəhbərləri, şəhid ailələri, qazilər və rayon ictimayyəti iştirak edib.
Rayon icra başçısı Rəcəb Babaşov açılışda çıxış edərək, ölkə prezidentinin rəhbərliyi altında şəhid ailələrinə və qazilərə göstərilən xususi hörmət və qayğıdan danışıb.
Bulağın açılış tədbiri şəhidin (40) qırx yaşının tamam olduğu gün gerçəkləşdirilib və rayon içtimayyəti tərəfindən rəğbətlə qaşılanıb.
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Neymət Novruzlu.