Rusiya Kənd Təsərrüfatı Nazirliyi buğdanın ixrac rüsumunu artırıb. Yeni qərara əsasən buğdanın bir tonunun ixracına tətbiq edilən rüsum 50,9 dollardan 53,5 dollara qaldırılıb.
Buğda ilə bərabər arpa ixracına tətbiq edilən rüsumun da məbləği artırılıb. Arpa ixracına tətbiq edilən rüsum 31 dollardan 35,3 dollara qaldırılıb.
Qarğıdalı ixracında tətbiq edilən rüsumun məbləği isə 47,8 dollardan 46,3 dollara endirilib.
Qərar sentyabrın 29-dan qüvvəyə minib.
Sfera.az bildirir ki, ixrac rüsumları qiymət səviyyəsinə uyğun müəyyənləşdirilib. Hazırda buğdanın qiyməti 276,5 dollar (bir həftə əvvəl 272,8 dollar), arpanın qiyməti 235,5 dollar (həftə əvvəl 229,4 dollar), qarğıdalının tonu 251,2 dollar (bir həftə əvvəl 253,4 dollar) təşkil edir.