Şəfəqə Doğru » Manşet » “Ağır cinayətlər törətmiş şəxslər amnistiyaya düşməyəcək” - Əfv Komissiyasının üzvü

“Ağır cinayətlər törətmiş şəxslər amnistiyaya düşməyəcək” - Əfv Komissiyasının üzvü

“Ağır cinayətlər törətmiş şəxslər amnistiyaya düşməyəcək” - Əfv Komissiyasının üzvü

"Əfv və amnistiyaya düşənlər arasında təkrar cinayət törədənlərin necə faiz təşkil etdiyini müəyyənləşdirmək hələ ki mümkün deyil. Ola bilsin ki, amnistiya aktını hazırlayarkən bu hesablamalar aparılır. 1994 -cü ildə amnistiya aktına düşən şəxslərə yenidən amnistiya tətbiq olunmayacaq. Ümimiyyətlə, əvvəllər amnistiya  aktına düşən məhkumlara yenidən amnistiya aktının tətbiqi ilə bağlı müəyyən məhdudiyyətlər var”.


Bu fikirləri Modern.az-a açıqlamasında Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev bildirib.


Ə.Nuriyev təkrar cinayət törədən şəxslərin amnistiya aktına düşəcəyini ehtimal etmir:


"Amnistiya aktı yalnız ictimai təhlükəsi olmayan  cinayətlərə, az ağır cinayətlərə, ehtiyatsızlıqla edilən bəzi kateqoriyalı cinayətlərə və ağır cinayət törətmiş şəxslərə bu və digər dərəcədə şamil olunacaq. Amma xüsusilə ağır cinayət törətmiş şəxslərin əksər dairəsi amnistiya aktına düşmür. Aktın layihəsində bu barədə qeydlər var. Əvvəllər ağır cinayətlər törətmiş şəxslərlə bağlı orada çoxsaylı maddələr və məhdudiyyətlər qeyd olunub. Ona görə düşünmürəm ki, onların sayı çox olsun. Hətta deyərdim ki,  barmaqla sayılacaq qədər az ola bilər. Ağır cinayət törətmiş şəxslər amnistiya aktına düşmürlər. Amnistiyaya düşən şəxslər arasında böyük ictimai təhlükəli cinayət törətməyən şəxslərin payı daha çox olacaq”.

 


Əfv Komissiyasının üzvü amnisitiya aktında çox böyük məhduduiyyətlər olduğunu qeyd edib:

"Böyük ictimai təhlükəli cinayət törətmiş və yaxud azadlıqdan məhrumetmə ilə əlaqədar olmayan cəza almış şəxslələ bağlı da bəzi məhdudiyyətlər nəzərdə tutulub. Məsələn, məhdudiyyətlərdən biri ondan ibarətdir ki, amnistiya aktının tətbiqinin məhdudlaşması haqqında Azərbaycan Respublikasının 1994-cü il 24 fevral tarixli 793N-li qanunda nəzərdə tutulmuş şəxslər barəsində amnistiya tətbiq edilmir. Eyni zamanda, Azərbaycan Respublikası Cinayət Məcəlləsində nəzərdə tutulmuş ağır və xüsusilə ağır cinayətlərə görə məhkum olunmuş şəxslərə amnistiya şamil edilməyəcək. Yəni, məhdudiyyətlərin dairəsi yetərincə genişdir. Amma eyni zamanda, amnistiyaya düşəcək şəxslərlə bağlı yetəri qədər normralar nəzərdə tutulub”. 


Nigar Adil