Şəfəqə Doğru » Manşet » Rusların "BAYRAKTAR" ƏNGƏLİ...

Rusların "BAYRAKTAR" ƏNGƏLİ...

Rusların "BAYRAKTAR" ƏNGƏLİ...
Rusiyadan Ukraynanın Donbassda "Bayraktar"ları işə salması ilə bağlı daha bir açıqlama gəlib.

Shafaqadogru.com bildirir ki, bu dəfə rus hərbi ekspertlər "Bayraktar TB2”nin necə dayandırılacağını müzakirə etməyə başlayıblar. Yerli mediaya danışan ekspertlər Türkiyə istehsalı olan silahın qarşısını almaq üçün ən azı 10 ədəd "Pantsir” hava hücumundan müdafiə sisteminin lazım olduğunu deyiblər. Hətta bəziləri bunun kifayət etməyəcəyini belə bildirib.

Qeyd edək ki, Ukraynanın "bayraktar”dan istifadə edərək separatçı qüvvələri vurması, təkcə Rusiyanı deyil, Fransa və Almaniyanı da narahat etmişdi. Hər iki Avropa ölkəsi Minsk razılaşmalarına əsasən, regionda pilotsuz təyyarələrdən istifadə edə biləcək yeganə qüvvənin ATƏT olduğunu bildirmişdi.

Xatırladaq ki, Ukrayna Donetskdə "Bayraktar”la separatçılara məxsus D-30 Haubitsa topunu məhv edib. Məlumata görə, hücum əmrini Baş Qərargah rəisi verib. "Bayraktar” topu vursa da, separatçılar qaça bilib.