Şəfəqə Doğru » Manşet » Xızıda faciəvi helikopter qəzası baş verib - Həlak olan hərbçilərin adları açıqlandı

Xızıda faciəvi helikopter qəzası baş verib - Həlak olan hərbçilərin adları açıqlandı

Xızıda faciəvi  helikopter qəzası baş verib - Həlak olan hərbçilərin adları açıqlandı

Bu gün Xızı rayonunda  təlim zamanı DSX-nin helikopteri qəzaya uğrayıb.

Helikopterdə olan Dövlət Sərhəd Xidmətinin hərbçilərinin siyahısı yayılıb.

 "Qafqazinfo" saytı  Dövlət Sərhəd Xidmətinin hərbi helikopterinin Xızı rayonu ərazisində yerləşən "Qaraheybət” aviasiya poliqonunda təlim uçuşları zamanı qəzaya uğraması nəticəsində həlak olan hərbi qulluqçuların siyahısını təqdim edib:

1. polkovnik Cavadov Fizuli Əli İbram oğlu;
2. polkovnik-leytenant  Nəzirov Emil Nəzir oğlu;  
3. mayor Həsənov Elmir Mircəlil oğlu; 
4. mayor Əhmədov Elbrus Səmrəddin oğlu; 
5. mayor Mayılov Emil Şahid oğlu; 
6. mayor Məmmədov Murad Yaşar oğlu; 
7. mayor Əliyev Emil Elman oğlu; 
8. tibb xidməti kapitanı Əhmədxanov Ceyhun Xanlar oğlu; 
9. kapitan Bayramlı Cavid Əhliman oğlu; 
10. kapitan Əliyev Xəyyam  Əlixan oğlu; 
11. kapitan Qaraisayev Teymur  Ənvər oğlu; 
12. leytenant  Süleymanov Abdulla Telman oğlu; 
13. baş leytenant Nağıyev Fərid Təyyar oğlu;
14. işçi Nəbiyev Elçin Fikrət oğlu.

 

Hadisə zamanı polkovnik-leytenant Cəfərov Emil Məmməd oğlu və kapitan Ədilov Ramin Ramiz oğlu yaralanıb.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi qəza nəticəsində həlak olanların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir və yaralıların tezliklə sağalmasını arzu edir.