Deputat Razi Nurullayev ölkədə yasların keçirilməsinə Operativ Qərargah tərəfindən icazə verilməsini təklif edib.
R.Nurullayev çıxışında qeyd edib ki, bu gün ölkədə 150 nəfərin iştirakı ilə toyların keçirilməsinə icazə verilir: "Eyni tələbi yaslara da aid etmək olar. Nə fərqi var toy, ya yas. Onsuz da qadınlar evdə yığışıb yas edir.
Bunun qarşısını almaq mümkün deyil. Kişilər isə müvafiq qərarla yas məclisində iştirak edə bilər”.