Şəfəqə Doğru » Manşet » “Ermənilərlə görüşə hazıram”-Tural Gəncəliyev

“Ermənilərlə görüşə hazıram”-Tural Gəncəliyev

“Ermənilərlə görüşə hazıram”-Tural Gəncəliyev


 

Milli Məclisin deputatı Tural Gəncəliyev azərbaycanlı və erməni ziyalıların Moskvada baş tutan görüşü haqqında  danışıb. Açıqlamasında bildirib ki, bizim ziyalıların son görüşünü normal qiymətləndirir:

 

"Hesab edirəm ki, bu kimi görüşlər "Track-2” diplomatiyasına nümunədir.  Rəsmi görüşlərlə yanaşı bu cür görüşlərin keçirilməsi dünya praktikasında var. Xüsusilə, biz müharibədən qalib çıxan tərəf kimi görüşlərdə hüquqi, psixoloji tərəfdən daha güclü mövqedən çıxış edirik. Bir növ Ermənistan ictimaiyyətinə də öz reallıqlarımızı çatdırırıq ki, revanşizmə yol yoxdur. Hesab edirəm ki, bu görüşdə bizim ziyalılarımız məsələni aydın izah ediblər.

 

Mən və həmkarım Erkin Qədirli bir neçə ay öncə Viyanada Ermənistan deputatları ilə görüşmüşdük. Orada da qalib ölkənin deputatları kimi öz mövqeyimizi izah etmişdik və səmərəli bir görüş olmuşdu. Gələcəkdə belə görüşlər olarsa, mən həmkarlarımla birlikdə diplomatik, mədəni debatlarda ermənilərə düşümcələrimizi izah etməyə hazıram. Bütün platformalarda izah etmək lazımdır ki, müharibə bitib, artıq sülh bərqərar olmalıdır”.