Şəfəqə Doğru » Manşet » DGK AÇIQLAMA VERDİ -"ADİ PROSEDUR QAYDADIR"

DGK AÇIQLAMA VERDİ -"ADİ PROSEDUR QAYDADIR"

DGK AÇIQLAMA VERDİ -"ADİ PROSEDUR QAYDADIR"

Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsi məlumat yayıb.

Bildirilib ki, ötən gün bəzi kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Dövlət Gömrük Komitəsində kütləvi kadr dəyişikliyinin həyata keçirilməsi ilə bağlı məlumatlar, eyni zamanda müxtəlif "mülahizələr” yer alıb:

"Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin müvafiq əmri ilə bir sıra gömrük əməkdaşlarının xidmət yerinin dəyişdirilməsi "Gömrük orqanları əməkdaşlarının rotasiyası Qaydaları”na uyğun olaraq aparılan kadr islahatları çərçivəsində həyata keçirilib. Bu DGK daxilində gömrük işinin keyfiyyətinin və səmərəliliyinin artırılması məqsədilə davamlı və mütəmadi olaraq həyata keçirilən adi prosedur qaydadır”// oxu.az