Şəfəqə Doğru » Manşet » Tağım komandiri evində ölü tapılıb - Prokurorluq xəbər yaydı

Tağım komandiri evində ölü tapılıb - Prokurorluq xəbər yaydı

Tağım komandiri evində ölü tapılıb - Prokurorluq xəbər yaydı

Yanvarın 27-də "N" saylı hərbi hissədə tağım komandiri vəzifəsində xidmət edən 1995-ci il təvəllüdlü İsmayıllı Eşqin Etibar oğlunun meyitinin Culfa rayonunda yaşadığı evdə aşkar edilməsi ilə bağlı Culfa rayon prokurorluğunda araşdırma aparılır.

Shafaqadogru.com  Baş Prokurorluğun mətbuat xidmətinə istinadən xəbər verir ki, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, eləcə digər zəruri tədbirlər həyata keçirilib.

İlkin məlumata əsasən, Eşqin İsmayıllı ürək çatışmazlığı səbəbindən vəfat edib.