Şəfəqə Doğru » Manşet » GƏNCƏDƏ AVTOXULİQANLIQ EDƏN QAZİ SAXLANILIB

GƏNCƏDƏ AVTOXULİQANLIQ EDƏN QAZİ SAXLANILIB

GƏNCƏDƏ AVTOXULİQANLIQ EDƏN QAZİ SAXLANILIB

Gəncədə şəhər ərazisində sürət həddini aşan, yol hərəkəti qaydalarını kobud şəkildə pozan və avtoxuliqanlıq edən sürücü saxlanılıb.

DİN-in Mətbuat Xidmətindən Qaynarinfo-ya verilən məlumata görə, şəhər sakini, Vətən Müharibəsi qazisi Qoşqar Həsənov idarə etdiyi "VAZ” markalı avtomobillə yol hərəkəti qaydalarını kobud şəkildə pozub, avtoxuliqanlıq edib.

Sosial şəbəkələrdə etdiyi təhlükəli manevrlərin görüntüsünü paylaşan qazinin avtomobili saxlanılaraq cərimə meydançasına yerləşdirilib və o inzibati məsuliyyətə cəlb olunub.