Şəfəqə Doğru » Manşet » İsa Qəmbər: "RAMİZ MEHDİYEV MÜTLƏQ UZAQLAŞDIRILMALIDIR”

İsa Qəmbər: "RAMİZ MEHDİYEV MÜTLƏQ UZAQLAŞDIRILMALIDIR”

İsa Qəmbər: "RAMİZ MEHDİYEV MÜTLƏQ  UZAQLAŞDIRILMALIDIR”

"Ramiz Mehdiyev AMEA rəhbərliyindən mütləq uzaqlaşdırılmalıdır”. Bu sözləri Milli Məclisin sabiq sədri İsa Qəmbər "Amerikanın səsi” radiosuna müsahibəsində AMEA ətrafında baş verən qalmaqalları şərh edərkən bildirib.

"Əslində, onun təfəkküründə olan bir adam ümumiyyətlə, müstəqil Azərbaycanda yüksək vəzifələr tutmamalı idi. İndiki mərhələdə o, kənarlaşdırılmalıdır-deyə İ.Qəmbər vurğulayb.

Eyni zamanda o, hesab edir ki, Ramiz Mehdiyevin kənarlaşdırılması ilə AMEA-da ciddi islahatların başlanamasını düşünmək də çox çətindir.

İ.Qəmbər deyib ki, AMEA-da ciddi elm potensialının formalaşdırılması üçün ciddi addımlar atılmalıdır: "Ölkədə elm mərkəzləri yenilənməli, hədəfləri dəqiqləşdirilməli, qarşılarına daha böyük hədəflər qoyulmalıdır. Alimlərin maaşları ciddi şəkildə artırılmalıdır. Elm adamları dolanşıq barədə düşünməməlidir.

İ.Qəmbər AMEA-nın keçmiş sovet siyasi metodları ilə idarə olunmasının effektsiz olduğunu deyib.