Şəfəqə Doğru » Manşet » AĞSTAFADA MÜƏLLİMDƏN RÜŞVƏT İSTƏYƏN DİREKTOR İŞƏ GETMİR

AĞSTAFADA MÜƏLLİMDƏN RÜŞVƏT İSTƏYƏN DİREKTOR İŞƏ GETMİR

AĞSTAFADA MÜƏLLİMDƏN RÜŞVƏT İSTƏYƏN DİREKTOR İŞƏ GETMİR

Təhsil Nazirliyi bir müddət əvvəl rüşvət istəməsi ilə bağlı səs yazısı yayılan Ağstafa Rayon Aşağı Kəsəmən kənd tam orta məktəbinin direktoru barədə açıqlama yayıb.

 

Nazirlikdən  verilən məlumata görə, Ağstafa rayonu Aşağı Kəsəmən kənd tam orta məktəbin direktoru Mətanət Məmmədova səhhəti ilə əlaqədar olaraq müvəqqəti işə gəlmir.

 

"İşə qayıtdıqdan sonra barəsində qərar veriləcək" - deyə nazirlikdən bildirilib.

 

Qeyd edək ki, məktəb direktoru Mətanət Məmmədova səs yazısında müəllimdən əlavə dərs saatları müqabilində hər ay ona pul verməsini tələb edib. Müəllim isə pulu vermək üçün imkanının olmadığını bildirib. Daha sonra direktor müəllimi otaqdan qovaraq, məsələ barədə danışacağı təqdirdə başına oyun açacağı ilə hədələyib/ modern.az