Paytaxtın Sabunçu rayonunda intihara cəhd hadisəsi qeydə alınıb.
Hadisə "Sabunçu körpü"sü kimi tanınan yerdə baş verib.
Belə ki, 2009-cu il təvəllüdlü Abbaszadə Nailə Pərviz qızı özünü körpünün üzərindən yerə atıb. O, ağır kəllə-beyin travması və çox saylı sınıq xəsarətləri alıb.
Yaralı ağır vəziyyətdə xəstəxananın reanimasiya şöbəsinə çatdırılıb.