Şəfəqə Doğru » Manşet » BAKIDA TIR SÜRÜCÜLƏRİ YOLU BAĞLAYIBLAR - "İCAZƏ VƏRƏQLƏRİNİ VERİN"

BAKIDA TIR SÜRÜCÜLƏRİ YOLU BAĞLAYIBLAR - "İCAZƏ VƏRƏQLƏRİNİ VERİN"

BAKIDA TIR SÜRÜCÜLƏRİ YOLU BAĞLAYIBLAR - "İCAZƏ VƏRƏQLƏRİNİ VERİN"

Bakının Heydər Əliyev prospektində yük maşınlarının bağladığı yollar açılıb.

Bu barədə Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru polis mayoru Araz Əsgərli məlumat verib.

O bildirib ki, DYP tərəfindən aidiyyəti tədbirlər həyata keçirilib, yollar açılıb, hərəkətin tənzimlənməsi istiqamətində işlər artıq yekunlaşdıırlıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Heydər Əliyev prospektində 4 yük avtomobilinin sürücüsü yolu bağlamışdı. Onlar Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin rəisi Anar Rzayevə və şöbə müdiri Malik Əliyevə etirazlarını bildiriliblər.

Yük avtomobillərinin sahibləri dövlət qurumundan icazə vərəqələrinin verilməsini tələb ediblər. Bildiriblər ki, icazə vərəqələrinin verilməməsi səbəbindən gətirdikləri malları xarab olur//MİA.AZ