Şəfəqə Doğru » Manşet » “Başqa yol yoxdur”- TOKAYEVDƏN RUSİYA VƏ UKRAYNAYA ÇAĞIRIŞ

“Başqa yol yoxdur”- TOKAYEVDƏN RUSİYA VƏ UKRAYNAYA ÇAĞIRIŞ

“Başqa yol yoxdur”- TOKAYEVDƏN RUSİYA  VƏ UKRAYNAYA ÇAĞIRIŞ

Prezident Kasım-Jomart Tokayev Qazaxıstan iqtisadiyyatını sanksiyalar çağırışlarına hazırlamağı tapşırıb və xəbərdarlıq edib ki, onların mürəkkəbliyini qiymətləndirməmək olmaz.
 

Bunu Tokayev hakim "Nur Otan” partiyasının adının  "Əmanət”ə dəyişdirilməsilə bağlı keçirlən mərasimdə çıxışı zamanı deyib.

"Təhlükəsizlik Şurasında bir sıra işçi görüşlər keçirdim, sanksiya qarşıdurmasının misli görünməmiş kəskinləşməsi şəraitində ölkənin davamlı sosial-iqtisadi inkişafını təmin etmək üçün hökumət qarşısında konkret vəzifələr qoydum. İqtisadiyyatımız böhranlı vəziyyətdə fasiləsiz fəaliyyətini təmin etmək üçün sanksiyaları dəf etməyə hazır olmalıdır. Düşünürəm ki, biz hamımız birlikdə qarşıdan gələn çağırış və çətinliklərin öhdəsindən gələcəyik”, - deyə dövlət başçısı bildirib.
 

Tokayev daha əvvəl bildirib ki, Qazaxıstan Rusiya ilə Ukrayna arasında münaqişənin həllinə hər cür köməklik göstərməyə, o cümlədən vasitəçilik xidmətləri göstərməyə hazırdır.
 

"Bizim mövqeyimiz dövlətimizin təhlükəsizliyinin, suverenliyinin, ərazi bütövlüyünün təmin edilməsinə dair kritik zərurətdən çıxış etməlidir. 2010-cu ildə ATƏT-in sammitinə ev sahibliyi edən ölkə kimi biz Avrasiya təhlükəsizliyinin bölünməzliyi prinsipində israrlıyıq. Minsk razılaşmaları kağız üzərində qaldı və bu, Ukrayna ərazisində hərbi əməliyyatlara səbəb oldu. Geosiyasi vəziyyət görünməmiş şəkildə gərginləşdi. Biz hər iki dövləti danışıqlar masası arxasında ümumi dil tapmağa, razılıq əldə etməyə və razılığa gəlməyə çağırırıq. Başqa yol yoxdur. Pis sülh yaxşı mübahisədən yaxşıdır”, - Tokayev bildirib.