Şəfəqə Doğru » Manşet » QAZAĞIN MƏRKƏZİ BAZARINDA YANĞIN OLUB

QAZAĞIN MƏRKƏZİ BAZARINDA YANĞIN OLUB

QAZAĞIN MƏRKƏZİ BAZARINDA YANĞIN OLUB

Fevralın 28-i axşam saatlarında Qazax şəhərinin mərkəzi bazarında yanğın baş verib. 

Dərhal yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti Qazax Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən yanğının geyim mağazalarında baş verdiyi və obyektlərin bir-birinə bitişik olması səbəbindən digər obyektlərə keçmə riskinin yüksək olduğu müəyyən edilib.

Əməliyyat şəraitinə uyğun olaraq, yanğınsöndürmə qüvvələrinin çevik və peşəkar fəaliyyəti sayəsində yanğın geniş əraziyə yayılmasına imkan verilməyərək qısa müddətdə söndürülüb.

Yanğın nəticəsində mərkəzi bazar ərazisində sahələri müvafiq olaraq 72 kv.m və 20 kv.m. olan iki geyim mağazası yanıb. Bazarın böyük hissəsi, o cümlədən bitişik mağazalar yanğından mühafizə olunub // qafqazinfo