Bu barədə NV radiosuna müsahibəsində Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov danışıb.
"Ali rəhbərliyimizin məhv edilməsinə gəlincə, planı Kadırov fevralın 3-də Putini ziyarəti zamanı alıb. Bu görüşdə prezidentimizin öldürülməsi razılaşdırılıb və Çeçenistan rəhbəri bunu onun qrupunun edəcəyini deyərək planı öhdəsinə götürüb”, - deyə Danilov bildirib.
"Fevralın 26-da ölkəmizin ərazisinə daxil olan üç qrup var idi. Onlar paytaxtın mərkəzi məhəlləsinə "yaşıl dəhliz” verilməsi üçün iki gün gözləməli olmuşdular. Biz bu üç qrupun hamısını izləyirdik. Onlardan biri hərbçilərimiz tərəfindən məhv edildi. Bundan sonra iki qrup ərazini tərk etdi. Onlardan biri bu gün Donetsk vilayətində, digəri isə Mariupol şəhərindədir. Lakin onlar ön sıralarda deyillər, tamamilə təhlükəsiz olduğu üçüncü və ya dördüncü eşelondadırlar”, - deyə Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi bildirib.
Bundan əvvəl Aleksey Danilov bildirmişdi ki, FTX-dən sızan məlumatlar sayəsində Zelenskiyə sui-qəsdin qarşısı alınıb.