Şəfəqə Doğru » Manşet » Özbəkistan-Qırğızıstan sərhədində insident – Ölənlər var

Özbəkistan-Qırğızıstan sərhədində insident – Ölənlər var

Özbəkistan-Qırğızıstan sərhədində insident – Ölənlər var

Özbək sərhədçilərinin atəş açması nəticəsində 3 Qırğızıstan vətəndaşı yaralanıb.

Shafaqadogru.com xəbər verir ki, bu barədə Qırğızıstan Sərhəd Xidməti məlumat yayıb.

Açıqlamada bildirilib ki, Özbəkistanın sərhəd naryadları Qırğızıstan-Özbəkistan dövlət sərhədinin Dobo-Korqon ərazisində Qırğızıstan vətəndaşlarına qarşı silah tətbiq ediblər. Nəticədə 3 Qırğızıstan vətəndaş ağır yaralanıb. Ala-Buka rayon xəstəxanasına çatdırılan yaralıların öldüyü bildirilib.

İnsidentin səbəblərini aydınlaşdırmaq üçün Qırğızıstan Sərhəd Xidmətinin nümayəndəsi dərhal Özbəkistan tərəfi ilə görüş keçirib.

Tərəflər araşdırmaların nəticələrinə görə görüşün davam etdirilməsi barədə razılığa gəliblər.