Bu gün İrəvanda keçirilən etiraz aksiyasında saxlanılan şəxslərin sayı 280-ə çatıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Hazırda hökumət əleyhinə aksiyalar davam edir.
***
Bu gün Ermənistanın paytaxtı İrəvanda keçirilən etiraz aksiyasında polis 73 nəfəri saxlayıb.
Qeyd edək ki, səhər saatlarından etibarən İrəvanda vətəndaş itaətsizliyi aksiyaları keçirilir.
Etiraz aksiyaları aprelin 25-dən başlayıb. Müxalif qüvvələr baş nazir Nikol Paşinyanın istefasını tələb edirlər.