Şəfəqə Doğru » Manşet » “Biz də müəyyən risklərə hazır olmalıyıq, çünki...”

“Biz də müəyyən risklərə hazır olmalıyıq, çünki...”

“Biz də müəyyən risklərə hazır olmalıyıq, çünki...”
 "Meymun çiçəyi” adından da göründüyü kimi heyvanlarda olan çiçək virusudur və meymunlarda ilk dəfə aşkar olunduğundan bu cür adlanır. Sadəcə olaraq virus çiçək virusu ailəsinə aiddir. Bu virus ilk dəfə Danimarkada Kopenhagen şəhərində tapılıb idintifikasiya olunub. İlk dəfə də bu insanlarda Afrikanın Konqo Respublikasında tapılıb. Həmin vaxt bu proses yerində lokallaşdırıla bildi”.
 
 
Bunu Moderator.az-a açıqlamasında həkim-professor Adil Qeybulla deyib. A.Qeybulla bu virusun ölkəmiz üçün təhlükəsindən də danışıb:
 
"Yəni bu gün artıq dünyada "Meymun çiçəyi” virusunun yayılması var və bu da insanlarda narahatçılıq doğurur. Çünki dünya koronavirus pandemiyasından təzə-təzə yaxa qurtarmağa çalışdığı dövrdə, immun sistemin insanlarda xeyli zəiflədiyi dövrə bu təsadüf edir. Ona görə Dünya Səhiyyə Təşkilatı həyəcan təbili çalır. Əslində bununla bağlı müəyyən işlər görülür. Karantin tədbirləri görülür, xəstəliklərə nəzarət profilaktika mərkəzləri var və bunlar da iş aparır. Hər bir ölkədə də bununla bağlı konkret iş aparılmalıdır. Azərbaycan da müəyyən risklərə hazır olmalıdır, çünki biz qloballaşan dünyada yaşayırıq və bura da xəstəlik gəlib çıxa bilər. Ona görə də müəyyən karantin tədbirlərinə hazırlıq görülməlidir. Müəyyən şöbələr hazırlıq vəziyyətinə gətirilməlidir ki, xəstəlik baş verəcəyi halda o yerində lokallaşdırılsın”. 
 
Vasif Əlihüseyn