Şəfəqə Doğru » Manşet » Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!

Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!

Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!
Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!"Evimiz 2015-ci ilin sentyabr ayındakı təbii fəlakətlə bağlı uçan, dağılan evlərdəndir. Evin üstü çox qəzalı vəziyyətdədir. İki azyaşlı uşağım var, birinin 4, digərinin isə 10 yaşı var. Özüm də ikinci qrup əliləm, əlillik pensiyam da kəsilib. Bu evdə 10 ailə üzvü yaşayırdı, qorxumdan bacılarımı və qardaşım uşaqlarını evdən çıxardım ki, birdən ev uçular. Yağış yağanda evə girmək olmur. Neçə gündür güclü yağışlar yağır, vəziyyətimizi təsəvvür edirsiniz?!” DİA.AZ xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında Şəki rayon, Qayabaşı kənd sakini Faiq Eminov deyib. O daha sonra aidiyyatı qurumların heç birindən kömək görmədiyini bildirib.

"2015-ci ildən 2021-ci ilə qədər Şəki Rayon İcra Hakimiyyətinə dəfələrlə məktublar yazmışıq, müraciət etmişik, amma heç bir xeyri olmayıb. Deyirlər ki, sığorta yoxdur, gecikməyə düşmüsən, Fövqəlada Hallar Nazirliyi bizə pul ayırmayıb ki, biz də sizə köməklik edək! O vaxt kimlərsə pul verib ev tikdirdi, mənim kimilər isə qaldı kənarda. Heç olmasa evin damını dəyişdirməyə bir köməklik etsinlər. Mən hansı pulla bu evi bərpa edim? Hansı pulla tikim? Prezident xalq üçün hər şey edir, amma bu məmurlardan biz bir köməklik görmürük! Son ümidimiz sizsiniz, batıb-gedirik, məhv oluruq, evimiz uçulur. Sabah başımıza bir iş gəlsə kim buna cavab verəcək? Xahiş edirəm məsələni nəzarətdə saxlayın. Sizin vasitənizlə Azərbaycanın mərd oğul və qızlarına müraciət edirəm, qoymayın ev başımıza uçsun. Qənirə xanım Paşayevaya müraciət edirəm, o bəlkə problemimizi bilsə, heç olmasa səsimizi yuxarı dairələrə çatdırmaqda köməklik göstərər” deyə şikayətçi 
Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!

DİA.AZ xatırladır ki, vətəndaşın şikayətçi olduğu Şəki rayon İcra Hakimiyyətinin başçısı Elxan Usubov yerli KİV-də 5 villası olan başçı kimi də tanınır. həmin villaların da görüntülərini təqdim edirik... aradakı fərqi üzüntü ilə müşahidə etməniz üçün...
Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!
 
 
 Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!
 
Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!
]Başçının 5 villası var... camaatsa daxmalarda çürüyür... - BU DA FAKT!!!
]