Şəfəqə Doğru » Manşet » Zelenskidən Makronun "Rusiyanı alçaltma" çağırışına REAKSİYA

Zelenskidən Makronun "Rusiyanı alçaltma" çağırışına REAKSİYA

Zelenskidən Makronun "Rusiyanı alçaltma" çağırışına REAKSİYA

Ukrayna prezidenti Volodimir Zelenski Fransa prezidenti Emmanuel Makronun Rusiyanı alçaltmamaq çağırışına cavab verib.

 

Shafaqadogru.com  xəbər verir ki, Ukrayna prezidenti "Financial Times"a müsahibəsində Rusiyanın alçaldılması iradını anlamadığını deyib.

 

"Rusiyanın alçaldılmasının nə olduğunu başa düşə bilmirəm. Bu necə Rusiyadır? Biz nədən danışırıq? 8 ildən artıqdır ki, bizim xalqımızı öldürürlər. Nə danışırıq? Emmanuel prosesi dərindən bilir, "Normand dördlüyü” liderlərindən biridir”, -deyə Zelenski bildirib.
 

Zelenski əlavə edib ki, Ukrayna bu məsələdə alçaldılmır, əksinə öldürülür. "Bizi heç kim alçaltmır, öldürürlər. Ona görə də biz heç kimi alçaltmaq fikrində deyilik, eyni alətlə cavab verəcəyik".

 

Xatırladaq ki, Fransa prezidenti Emmanuel Makron "biz Rusiyanı aşağılamamalıyıq ki, hərbi əməliyyatların dayandığı gün diplomatik kanallarla çıxış yolu tapa bilək”, deyə bildirib.

 

Eyni zamanda Fransa prezidenti hesab edir ki, Putin "öz xalqı, özü və tarix üçün fundamental səhvə yol verib”