Şəfəqə Doğru » Manşet » İyulun 1-dən əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq

İyulun 1-dən əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq

İyulun 1-dən əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq

"İyulun 1-dən Azərbaycanda əlillik sahəsində yeni meyarlar tətbiq olunacaq”.

Shafaqadogru.com xəbər verir ki, bunu Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin sədri Anar Bayramov bu gün keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, post-müharibə dövründə 1400-dən çox müharibə əlili 19,3 mindən çox reabilitasiya vasitəsi ilə təmin olunub:

"2022-ci il iyulun 1-dən ölkəmizdə əlillik sahəsində tətbiq olunacaq yeni meyarlara əsasən, əlillik artıq 3 dərəcə üzrə məhdud çərçivədə deyil, orqanizmin funksiyalarının itirilməsi faizinin müəyyən edilməsi əsasında, daha əhatəli şəkildə qiymətləndiriləcək. Bu zaman şəxsin özünəqulluq, sərbəst hərəkətetmə, istiqamət seçmə, ünsiyyət, davranışına nəzarət etmə, öyrənmə və əmək fəaliyyəti üzrə insanın həyat fəaliyyətinin 7 əsas kateqoriyasının məhdudlaşma dərəcəsi əsas götürüləcək".