Şəfəqə Doğru » Manşet » Ukraynaya nüvə silahı verilməlidir - Avropa Parlamentinin deputatı

Ukraynaya nüvə silahı verilməlidir - Avropa Parlamentinin deputatı

Ukraynaya nüvə silahı verilməlidir - Avropa Parlamentinin deputatı


Ukraynanın müstəqilliyini qorumaq üçün nüvə silahı verilməlidir.

Teleqraf.com xəbər verir ki, bunu Polşanın keçmiş xarici işlər və müdafiə naziri Radoslav Sikorski bəyan edib.

Hazırda Avropa Parlamentinin (AP) üzvü olan Radoslav Sikorski Ukraynadakı vəziyyəti yaxından izlədiklərini ifadə edib:

 
 
 
Ad - 00:03

"Ukraynanın 1994-cü ildə Budapeşt Memorandumunun imzalanmasından sonra nüvə potensialından imtina etdiyi məlumdur. O vaxt hamı başa düşürdü ki, Ukrayna sovet dövründə müəyyən edilmiş sərhədlər daxilində müstəqil ölkəyə çevriləcək. Lakin Rusiya bu Budapeşt Memorandumunu pozduğuna görə, mən hesab edirəm ki, bizim Qərb olaraq Ukraynanı nüvə müharibəsində dəstəkləmək haqqımız var".