"Hazırda Azərbaycanda meymunçiçəyi virusu ilə bağlı təhlükə yoxdur".
BAKU.WS xəbər verir ki, bunu "report"un sualına cavabında ÜST-ün Azərbaycandakı nümayəndəsi Hande Harmancı deyib.
Onun sözlərinə görə, bundan əvvəl də dünyada meymunçiçəyi xəstəliyi olub: "Onsuz da Afrikada mövcud idi, Avropada isə yeni yayılmağa başlayıb.
Düzdür, koronavirus qədər narahatedici səviyyədə deyil. Sadəcə, fərqli formada yoluxuculuq qabiliyyəti olduğundan insandan insana çətin keçir. Ona görə də çox narahat deyilik. Lakin yenə də izləmək lazımdır".