Şəfəqə Doğru » Manşet » Deputatdan maraqlı təklif- Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin!

Deputatdan maraqlı təklif- Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin!

Deputatdan maraqlı təklif- Qarabağda ev tikmək istəyənlərə faizsiz kredit verilsin!

Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov keçmiş məcburi köçkünlərin öz yurdlarında ev tikmək məsələsinə münasibət bildirib.

 

O qeyd edib ki, həmin şəxslərə evlərini bərpa etməsi, yaxud Baş plana, müfəssəl plana uyğun özlərinə ev tikməsi üçün şərait yaradılması nəzərdə tutulur. Belə planın olduğunu vurğulayan Emin Hüseynov bu istiqamətdə müzakirələrin getdiyini söyləyib.

Deputat Aqil Abbas məcburi köçkünlərin bununla bağlı müraciətlərini Milli Məclisdə və mediada qaldırdığını xatırladıb. Deputat bildirib ki, azad olunmuş ərazilərə qayıtmaq istəyən şəxslər özlərinə istədikləri kimi ev tikə bilməzlər:

 

"Xüsusi mexanizm olmalıdır. Məcburi köçkünlər üçün ilk öncə müəyyən plan hazırlanmalı, qaydalara uyğun onların evlər tikməsinə icazə verilməlidir. Xüsusi göstərişlə və planla işini quran adamlar evini tikərək, dövlətə dəstək verməlidir. Üstəlik təkcə qarabağlılar deyil, digər vətəndaşlar da prosesdə iştirak edə bilərlər. Qarabağ hamımızındır, orada aparılan quruculuq işlərinə hamılıqla dəstək olmalıyıq”.

 

Aqil Abbas məcburi köçkünlərə dövlət dəstəyinə məsələsinə də toxunub. O qeyd edib ki, dövlət azad edilmiş ərazilərə qayıtmaq, orada evini tikmək istəyən şəxslərə faizsiz kreditlər verə bilər:

 

"Bununla bağlı mənə müraciət edənlər çox olub, Milli Məclisdə və mətbuatda da məsələni qaldırmışam. Ümid edirəm ki, sakinlərin istəyi ilə əlaqədar yaxın zamanda addımlar atılacaq”.