Şəfəqə Doğru » Manşet » İcbari sığorta və daşınmaz əmlakla bağlı qanun dəyişir

İcbari sığorta və daşınmaz əmlakla bağlı qanun dəyişir

İcbari sığorta və daşınmaz əmlakla bağlı qanun dəyişir

İcbari sığortalar üzrə informasiya sisteminə daxil ediləcək məlumatların siyahısı genişləndirilir.

Shafaqadogru.com xəbər verir ki, bununla bağlı "İcbari sığortalar haqqında" qanuna dəyişiklik təklif olunur.

Dəyişikliklə avtomobil nəqliyyatı vasitəsindəki sərnişin yerlərinin sayı, daşınmaz əmlakın dövlət reyestrindən hüquqların dövlət qeydiyyatı haqqında çıxarışın məzmununda əks edilən, sürücülük vəsiqəsində əks olunan, daşınmaz əmlakın və nəqliyyat vasitəsinin icarə və ya digər əşya hüquqlarına dair müqavilədə, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnamədə əks olunan məlumatlar icbari sığortalar üzrə informasiya sisteminə daxil ediləcək.

Bundan əlavə, daşınmaz əmlakın icbari sığortası elektron şəkildə bağlanılacaq.

Belə ki ki, hazırda yalnız avtonəqliyyat vasitələrinə münasibətdə bağlanan icbari sığorta müqavilələri elektron sənəd formasında bağlanılır. Qanunla tənzimlənən daşınmaz əmlakın icbari sığortası, daşınmaz əmlakın istismarı ilə bağlı mülki məsuliyyətin icbari sığortası və sərnişinlərin icbari fərdi qəza sığortası üzrə sığorta müqavilələri isə kağız formasında bağlanılır. Müqavilələrin kağız formasında bağlanması bəzi hallarda bir sıra problemlərin yaranmasına, xüsusilə fiziki təmas olmadan müvafiq icbari sığorta şəhadətnaməsinin əldə edilməməsinə, vətəndaşların saxtakarlıqla üzləşməsinə, təminatsız qalmalarına və sığorta müqavilələrində məlumatların dəqiqliyinin təmin edilməməsinə səbəb olur.