Şəfəqə Doğru » Manşet » Rusiyanın itkiləri artır - YENİ RƏQƏMLƏR

Rusiyanın itkiləri artır - YENİ RƏQƏMLƏR

Rusiyanın itkiləri artır - YENİ RƏQƏMLƏR

Ukraynada hərbi əməliyyatlar başlayandan indiyədək Rusiya Silahlı Qüvvələrinin 37 500 hərbçisi məhv edilib.

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Qeyd olunub ki, Rusiyanın digər döyüş itkiləri 1645 tank, 3828 zirehli maşın, 838 artilleriya sistemi, 247 reaktiv yaylım atəşi sistemi, 109 hava hücumundan müdafiə sistemi, 217 təyyarə, 188 helikopter, 676 operativ-taktiki PUA, 155 qanadlı raket, 15 gəmi/qayıq, 2696 avtomobil və tanker, 66 xüsusi texnikadan ibarətdir.

Məlumata görə, Rusiya ordusu daha çox Kramatorsk istiqamətində itkilər verib.