Şəfəqə Doğru » Manşet » Şoyqu “Qərb” qoşunlarına göstəriş verdi: Ukrayna PUA-larını dərhal məhv edin!

Şoyqu “Qərb” qoşunlarına göstəriş verdi: Ukrayna PUA-larını dərhal məhv edin!

Şoyqu “Qərb” qoşunlarına göstəriş verdi: Ukrayna PUA-larını dərhal məhv edin!

Rusiyanın müdafiə naziri Sergey Şoyqu "Qərb” qoşunları qrupunun yoxlanışı zamanı Rusiya ilə həmsərhəd ərazilərdə pilotsuz təyyarələrin məhv edilməsinin effektivliyinin artırılması barədə göstəriş verib.

Shafaqadohru.com  xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidmətinin məlumatında bildirilib.


Qeyd edilib ki, nazir komanda məntəqəsində "Qərb” qoşunları qrupunun komandiri, general-leytenant Andrey Sıçevin hazırkı vəziyyət və məsuliyyət zonasında yerinə yetirilən döyüş tapşırıqları barədə məruzəsini dinləyib.


"Dinləmənin yekunlarına əsasən, ordu generalı Sergey Şoyqu Rusiya ilə sərhəd rayonları üzərində düşmənin pilotsuz uçuş aparatlarının məhv edilməsinin səmərəliliyinin daha da artırılması, həmçinin onların ciddi şəkildə məhv edilməsi barədə göstərişlər verib”, - Müdafiə Nazirliyinin məlumatında deyilir.


Bundan əvvəl Şoyqu ordu generalı Sergey Surovikinin rəhbərlik etdiyi Rusiyanın "Cənub” qruplaşmasına, general-polkovnik Aleksandr Lapinin komandanlığındakı "Mərkəz” qruplaşmasına, həmçinin general-leytenant Rüstəm Muradovun rəhbərlik etdiyi "Şərq” qruplaşmasına baxış keçirib.