Şəfəqə Doğru » Manşet » Ağstafada yol qəzası - 4 nəfər xəsarət alıb

Ağstafada yol qəzası - 4 nəfər xəsarət alıb

Ağstafada yol qəzası - 4 nəfər  xəsarət alıb

Ağstafada 4 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

 

"Report”-un  xəbərinə görə, şəhərin mərkəzi ərazisində 2 avtomobil toqquşub.

Yol-nəqliyyat hadisəsi zamanı 2002-ci il təvəllüdlü Elşad Tağıyev, 1996-cı il təvəllüdlü Adil Orucov, 2002-ci il təvəllüdlü Xaliq Zeynallı və 1959-cu il təvəllüdlü Fərman Xəlilov müxtəlif xəsarətlər alıblar.

Yaralılar xəstəxanaya yerləşdirilib, vəziyyətləri kafi və qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.