Ermənistanın paytaxtı İrəvandakı "Surmalu” ticarət mərkəzində baş verən partlayışdan sonra dağıntılar altından daha 1 nəfərin meyiti aşkarlanıb.
Shafaqadogru.com xəbər verir ki, bu barədə Ermənistanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, ölənlərin ümumi sayı 16 nəfərə çatıb. Hazırda axtarış və xilasetmə işləri davam etdirilir.