Şəfəqə Doğru » Manşet » Makron Türkiyəni niyə ittiham edir?

Makron Türkiyəni niyə ittiham edir?

Makron Türkiyəni niyə ittiham edir?

Fransa prezidenti Makron Türkiyədən gələn şəbəkələrin Afrikada Fransa və Fransa əleyhinə təbliğat apardığını iddia edib.

Afrikalı gəncləri Fransa əleyhinə fikirlərə qapılmamağa çağıran Makron yeni açıqlamalar verib.

"Türkiyə, Rusiya və Çində aktivizm, neokoloniya və imperialist gündəmləri olan və Fransaya düşmən mövqedə olan şəbəkələr var. Tək bir düşmən var, Fransa. Hamısı bu işdə birləşirlər",-deyə Makron bildirib.

Fransa prezidenti Emmanuel Makron Əlcəzairdəki Saint-Eugene xristian və yəhudi qəbiristanlığını ziyarət edib. Burada jurnalistlərə açıqlama verən Fransa prezidenti 5 ildir ki, Afrika qitəsi və buranın gəncləri ilə bağlı yeni siyasət yürütdüyünü bildirib. Makron, Fransanın Afrikadakı tarixinə görə tənqid edildiyini, lakin zaman alsa belə, qitədə ölkələrinə inam yaradacaqlarını müdafiə edib.

Makron Fransanın meydanı boş qoyması səbəbindən ölkəsinə qarşı kütləvi manipulyasiya edildiyini və bu səbəbdən hədəfə alındıqlarını bildirib.