Keçən həftənin cümə günü "Jackson Hole” İqtisadi Siyasət Simpoziumunda etdiyi çıxışda FED sədri J.Pavelin inflyasiya ilə mübarizədə geri addım atmayacaqlarına və yumşaq monetar siyasətə dönüşün tezliklə baş verməyəcəyinə dair verdikdən sonra son 20 ilin maksimumlarına yüksələn dollar indeksində cari ticarət həftəsinin ilk günü korrektiv enişlər yaşansa da, artım tendensiyası davam edir.
Təhlillərə əsasən, dollar indeksi 108 bənd həddinin üzərindki mövqeyini qoruduqca, EUR/USD və GBP/USD cütlüklərində eniş tendensiyası davam edə bilər. Bu gün Avrozonanın ən böyük iqtisadiyyatına sahib olan Almaniyada açıqlanacaq inflyasiya göstəriciləri sonrakı dövrdə investorların diqqət mərkəzində olacaq. Dollar indeksindəki korreksiya fonunda qızıl bir qədər bahalaşsa da, 1745$ səviyyəsində müqavimətlə qarşılaşaraq günü enişlə tamamladı. Hazırda 1735$-dan təklif olunan qiymətli metalın bir unsiya üzrə dəyəri 1720$-lıq dəstək həddini qoruya bilsə, artım tendensiyasını davam etdirə bilər.
Payışz-qış mövsümündə milli valyutalar üçün çətin dövr başlaya bilər.Shafaqadogru.com -un məlumatına görə, cebhe.info-ya açıqlamasında iqtisadçı Fuad İbrahimov deyib ki, manatın "üzən məzənnə” rejiminə tam keçidi mümkün deyil:
"Bu gün Mərkəzi Bankın müəyyən etdiyi bir məzənnə var. Dolların ucuzlaşması və bahalaşması prosesinin getməsinə baxmayaraq, manat öz mövqeyini saxlayır. Ancaq digər valyutalara nisbətdə, məsələn, avroya, funt-sterlinqə qarşı manat tam "üzən məzənnə” sistemindədir. Dollar necə sözügedən valyutalara qarşı ucuzlaşır, bahalaşırsa, manat da adekvat reaksiya verir. Sanki Azərbaycan manatının dollar məzənnəsinə bağlılığı var. Dollar digər valyutalara hansı nisbətdə dəyişirsə, manat da ona uyğun dəyişilir. Ancaq bilirsiniz ki, 2015-ci ildə ardıcıl iki devalvasiyaya məruz qaldıq. Bu vəziyyəti şərtləndirən amil yarana bilər. Amma indiki vəziyyətdə makroiqtisadi göstəricilərimiz manatın dayanıqlı olması üçün kifayətdir. Heç bir problem yoxdur".