Şəfəqə Doğru » Manşet » "Lukoyl"un şefi Moskvada müəmmalı şəraitdə öldü - Neft-qaz sahəsi ilə bağlı altıncı ölüm hadisəsi

"Lukoyl"un şefi Moskvada müəmmalı şəraitdə öldü - Neft-qaz sahəsi ilə bağlı altıncı ölüm hadisəsi

"Lukoyl"un şefi Moskvada müəmmalı şəraitdə öldü - Neft-qaz sahəsi ilə bağlı altıncı ölüm hadisəsi

"Lukoyl"un şefi Moskvada müəmmalı şəraitdə pəncərədən yıxılaraq həlak olub. 

Bu, ilin əvvəlindən Rusiyanın neft-qaz sahəsi ilə bağlı altıncı ölüm hadisəsidir..."
 
"Lukoyl" neft şirkətinin direktorlar şurasının sədri Ravil Maqanov Moskvada həlak olub. O, müalicə aldığı xəstəxananın pəncərəsindən yıxılıb. Faciə "Lukoyl"un həmtəsisçisi və sabiq prezidenti Vahid Ələkbərovun doğum günündə baş verib.
 
Moderator.az xəbər verir ki, bu barədə "İnterfaks" informasiya agentliyi məlumat yayıb.
 
"Bu gün səhər Maqanov Mərkəzi Klinik Xəstəxanasının (MKX) pəncərəsindən yerə yıxılıb. Aldığı travmalardan o, dünyasını dəyişib", - məlumatda belə deyilir.
 
"112" "Telegram-kanal"ı dəqiqləşdirib ki, 67 yaşlı Ravil Maqanov altıncı mərtəbədə müalicə alıb.
 
"Ölüm faktını təsdiqləyirik. Hadisə yerində hüquq-mühafizə orqanları işləyir", - RBK nəşri MKX-nın mətbuat xidmətinə istinadən məlumat verib.
 
Öz növbəsində hüquq-mühafizə orqanları SİTA informasiya agentliyinə şərhlərində təsdiq edilib ki, MKX-da bir kişi pəncərədən yıxılıb və həlak olub.
 
"Hadisə təxminən saat 07:00-da Marşal Timoşenko küçəsində Mərkəzi Klinik Xəstəxanasında baş verib. Altıncı mərtəbənin pəncərəsindən kişi yıxılıb və aldığı travmalardan dünyasını dəyişib", - məlumatda belə deyilir.
 
Ölüm barədə həmçinin "Mash" "Telegram-kanal"ı da məlumat verib. Məlumatdan belə çıxır ki, "Lukoyl"un top-meneceri intihar edə bilərdi.
 
"RİA Novosti"dəki mənbə həmçinin məlumat verib ki, "Maqanov, ehtimal ki, intihar edib".
 
"Lukoyl" Maqanovun ölümünü hələlik şərh etməyib.
 
Ravil Maqanov "Lukoyl"un direktorlar şurasına 2020-ci ilin iyunundan rəhbərlik edib.
 
O, şirkətdə 1993-cü ildən işləyib. Əvvəlcə neft hasilatı üzrə vitse-prezident, daha sonra kəşfiyyat və hasilat üzrə vitse-prezident olub.
 
Məhz Maqanov konserin "Lukoyl" adını düşünüb, bunadək o, "LanqepasUrayKoqalımNeft"adlanıb.
 
Rusiya prezidentinin 9 avqust 2019-cu il fərmanı ilə "əldə etdiyi əmək uğurları, fəal ictimai fəaliyyəti və uzun illər vicdanlı işinə görə" Maqanov Aleksandr Nevski ordeninə layiq görülüb. Təqdimetmə mərasimi Kremldə baş tutub.
 
Bu, ilin əvvəlindən Rusiyanın neft-qaz sahəsi ilə bağlı ən azı altıncı ölüm hadisəsidir.
 
Yanvar ayında 60 yaşlı Leonid Şulman, fevralda 61 yaşlı Aleksandr Tyülyakov ölü tapılıb. Hər ikisi "Qazprom"da yüksək vəzifə tutub və, guya, ölümöncəsi məktub yazaraq intihar edib.
 
Aprel ayında Moskvada "Qazprom"un sabiq vitse-prezidenti Vladislav Avayev, onun qızı və həyat yoldaşı Moskvada ölü tapılıb. İstintaqın versiyasına görə, Avayev əvvəlcə ailəsini, sonra isə özünü güllələyib.
 
Bir neçə gündən sonra analoji hadisə İspaniyada baş verib, burada "Novatek"in top-meneceri Sergey Protosenya, onun həyat yoldaşı və qızı ölü tapılıb. Polis belə bir versiya irəli sürüb ki, Protosenya öz həyat yoldaşı və qızını öldürüb, sonra intihar edib.
 
İyulda Sankt-Peterbur ətfafında "Qazprom"un Arktika podratları ilə məşğul olan "Astra Şippinq" nəqliyyat təşkilatının rəhbəri Yuri Voronovun güllələndiyi bəlli olub.