Şəfəqə Doğru » Manşet » Qərbin sanksiyalarına görə Rusiya iqtisadiyyatını nə gözləyir? - "Bloomberg"

Qərbin sanksiyalarına görə Rusiya iqtisadiyyatını nə gözləyir? - "Bloomberg"

Qərbin sanksiyalarına görə Rusiya iqtisadiyyatını nə gözləyir? - "Bloomberg"

Qərbin sanksiyaları Rusiya Federasiyasına dərin iqtisadi zərər vura bilər. Açar sektorlarda istehsalın kəskin düşməsi müşahidə olunur, ixtisaslı kadrlar isə ölkədən getməyə başlayıblar.

Bu barədə "Bloomberq" yazır.

Rusiya hökuməti üçün hazırlanmış daxili hesabata görə, Rusiya daha uzun müddətli və dərin resessiya ilə üzləşə bilər - Amerika və Avropa sanksiyalarının təsirinə uyğun olaraq. Hesabatda təqdim olunan üç ssenaridən ikisi göstərir ki, gələn il enmə sürətlənəcək, iqtisadiyyat isə müharibəyə qədərki səviyyəyə yalnız onilliyin sonunda və ya daha gec çatacaq.

İnersiyalı ssenari onu nəzərdə tutur ki, gələn il iqtisadiyyat 2021-ci ilin səviyyəsindən 8,3 faiz aşağı düşəcək, o zaman stress ssenarisi minimum 2024-cü ildə ötən ilin səviyyəsindən 11,9 faiz aşağını təşkil edəcək.