Şəfəqə Doğru » Manşet » 570 nəfər azərbaycanlı zəvvar 3 gündür İran-İraq sərhəddində saxlanılır - Səbəb açıqlanmır

570 nəfər azərbaycanlı zəvvar 3 gündür İran-İraq sərhəddində saxlanılır - Səbəb açıqlanmır

570 nəfər azərbaycanlı zəvvar 3 gündür İran-İraq sərhəddində saxlanılır - Səbəb açıqlanmır

Azərbaycanlı zəvvarlar İran-İraq sərhəddində qalıb. Shafaqadogru.com  xəbər verir ki, bu barədə Sherg.az-a hazırda sərhəddə olan zəvvarlardan Tahir Cəfərov məlumat verdi. T.Cəfərov bildirdi ki, Azərbaycandan İraqın Kərbəla şəhərinə ziyarətə gedən zəvvarlardan 570 nəfər 3 gündür ki, İran-İraq sərhəddində saxlanılıb və İraq ərazisinə buraxılmır.

“Biz bunun səbəbini bilmirik. Sənədlərimiz qaydasındadır. Niyə sərhəddən buraxılmadığımıza dair bizə heç bir məlumat verilmir, səbəb açıqlanmır. 3 gündür ki, sərhəddə xeymələrdə (çadırlarda) yaşayırıq. İraq ərazisinəburaxılıb-buraxılmayacağımıza da bilmirik. Çünki dəqiq bir söz deyilmir. “Bu gün, sabah...” deyirlər, vaxt keçir. T.Cəfərov hazırda zəvvarların İranla-İraq arasındakı “Xosrovi” keçid məntəqəsində olduqlarını bildirdi. Zəvvarın dediyinə görə, İraq tərəfi azərbaycanlı zəvvarların girişinə qadağa qoyub. T.Cəfərov güman edir ki, bəlkə də qadağaya səbəb hazırda Kərbəla istiqamətində zəvvar axının güclü olmasıdır. Ola bilsin ki, İraq dövləti axının bir qədər seyrəlməsini gözləyir, növbəti zəvvar qruplarının ölkəyə girişinə bundan sonra icazə veriləcək.

İraq səfərləri rəsmi səviyyədə təşkil olunmadığından zəvvarlar oxşar problemlərlə tez-tez qarşılaşır. İraq, Nəcəf-Kufə-Kərbəla ziyarətləri adətən fərdi şirkətlər, fərdi şəxslər tərəfrindən təşkil eidlir. Qafqaz Müsəlmanları İdarəsi isə regionda baş verən məlum hadisələr səbəbindən zəvvarlara Kərbəla ziyarətindən çəkinməyi tövsiyə edir.