Şəfəqə Doğru » Manşet » Rəsmi açıqlama: Silahlı Qüvvələrimizin 50 hərbi qulluqçusu şəhid olub

Rəsmi açıqlama: Silahlı Qüvvələrimizin 50 hərbi qulluqçusu şəhid olub

Rəsmi açıqlama: Silahlı Qüvvələrimizin 50 hərbi qulluqçusu şəhid olub

entyabrın 12-si gecə və 13-ü səhər saatlarında Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan dövlət sərhədinin Daşkəsən, Kəlbəcər, Laçın və Zəngilan istiqamətlərində genişmiqyaslı təxribat törədilib.

Shafaqadogru.com  Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, genişmiqyaslı təxribatın qarşısı alınarkən Azərbaycan Ordusundan 42, Dövlət Sərhəd Xidmətindən isə 8 hərbi qulluqçu olmaqla ümumilikdə Silahlı Qüvvələrin 50 hərbi qulluqçusu şəhid olub.

Şəhid olan hərbi qulluqçularımızın ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı verir, yaralılarımıza Allahdan şəfa diləyirik.
Şəhidlərimizin qanı yerdə qalmadı.

Bildiririk ki, şəhid olmuş hərbi qulluqçularımızın adlı siyahısı ictimaiyyətə əlavə təqdim olunacaq.