Şəfəqə Doğru » Manşet » Paşinyan "hərb və sülh"ün kodlarını açır - GƏLİŞMƏ

Paşinyan "hərb və sülh"ün kodlarını açır - GƏLİŞMƏ

Paşinyan "hərb və sülh"ün kodlarını açır - GƏLİŞMƏ

Brüssel danışığından dərhal sonra, hələ təxribatlar başlamamış hərbi əməliyyatların qoxusu gəlirdi (bu mövzuda silsilə yazılarla çıxış etmişik)
Hətta yazılarımın birində "Paşinyanın güzəştlər silsiləsi" ifadəsini işlətdim. Niyə?
Çünki sülhlə hərb əl-ələ verib yeriyir, sülhü hərb təmin edir.
Fikrimcə, Nikol Paşinyanın bugünkü açıqlamalarının qayəsi "hərb və sülh" kodlarının açılmasıdır.
Diqqət ediləsi məqam: Paşinyan danışıqlardan öncə daxili auditoriyanın emosional ehtiyaclarını təmin etmək üçün fərqli danışır.
Danışıqlardan sonra isə bir başqa tövrün müəllifinə çevrilir.
Bu davranışdan sonra hərbi əməliyyatlar gedən dövr kəsiyində fərqli olur.
Üzərindən az keçməmiş isə Paşinyan leksikonunu dəyişir və sülhə etdiyi vurğuları gücləndirir.
Bu cür buqələmunluq ənənəvi erməni bicliyi ilə yanaşı, Azərbaycanın danışıqlardakı tələblərinin miqyasını da göz önünə sərir.
Aqşin Kərimov