Əməkdar artist Mehriban Xanlarova 40 gün televiziya verilişlərində iştirak etməyəcəyini açıqlayıb. Bu barədə o, sosial şəbəkədə məlumat verib. Aktrisa qeyd edib ki, şəhid ailələrinin kədərinə hörmət olaraq bu qərara gəlib: "Düşmənin törətdiyi genişmiqyaslı təxribat nəticəsində həlak olmuş 50 şəhid ailəsinin kədərinə hörmət əlaməti olaraq 40 mərasimləri olmayana qədər televiziya verilişlərinə çıxmayacağam. Allah bütün şəhidlərimizə rəhmət eləsin və yaralılarımıza şəfa versin".