Şəfəqə Doğru » Manşet » Qənirə Paşayeva bir qrup Şəhid ailəsi üzvü və Qazilərlə görüşdü

Qənirə Paşayeva bir qrup Şəhid ailəsi üzvü və Qazilərlə görüşdü

Qənirə Paşayeva bir qrup Şəhid ailəsi üzvü və Qazilərlə görüşdü
Millət vəkili, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva Vətən müharibəsinin şəhidi Nurlan Vəliyevin (04.04.1994, Tovuz – 29.09.2020, Kəlbəcər) xanımı Günel Sadıqova, şəhid Kamandar Məmməd oğlu Əhmədovun (03.11.1962–20.04.1994) oğlu Kamran Əhmədov, qazilər – Vüsal Mahmudov, Şamil Xabarov və Nofəl Kalvalıyevlə görüşüb.
 









Milli Məclisdə vətəndaş qəbulu günündə baş tutan görüşdə, şəhid ailələrinin və qazilərin qayğıları, onların ürək sözləri dinlənilib.
 
Komitə sədri Azərbaycan dövlətinin ali rəhbərliyinin şəhid ailələrinə, qazilərə yüksək diqqət-qayğısından söz açaraq, ali rəhbərliyin diqqət-qayğısının hər bir Azərbaycan vətəndaşı, hər bir Millət vəkilləri üçün də örnək təşkil etdiyini bildirib.
 
Q.Paşayeva şəhidlərin ailə üzvləri ilə, qazilərlə hər bir görüşün onunçün çox doğma və əziz görüş olduğunu söyləyib, şəhidlərin əziz ruhuna dərin sayğılarını bildirib, yaraqlı qazilərimizə tezliklə öz sağlamlığına qovuşmasını diləyib, müharibənin bütün iştirakçılarına hörmətini ifadə edib.
 
Q.Paşayeva şəhid ailələrininü üzvləri və qazilərə Qarabağ motivli xatirə hədiyyəsi təqdim edib.