Şəfəqə Doğru » Manşet » Ukrayna Liman şəhərini mühasirəyə alır, məntəqələr azad edilir - ISW

Ukrayna Liman şəhərini mühasirəyə alır, məntəqələr azad edilir - ISW

Ukrayna Liman şəhərini mühasirəyə alır, məntəqələr azad edilir - ISW
Ukrayna qüvvələri Donetsk vilayətində Liman yaxınlığında mövqelərini möhkəmləndirir və getdikcə daha çox yeni yaşayış məntəqələrini azad edərək bu şəhərə yaxınlaşmağa davam edir.

Bu barədə Qaynarinfo Müharibə Tədqiqatı İnstitutuna (ISW) istinadən xəbər verir.

Liman bölgəsində şiddətli döyüşlər davam edir və cəbhədən gələn xəbərlərə görə, Ukrayna hərbçiləri orada fəaliyyət göstərən Rusiya hərbi qruplaşmasının son təchizat xətlərini kəsib əməliyyat mühasirəsinə almağa yaxındırlar.

ISW ekspertləri Ukrayna mənbələrinə istinadən yazır ki, sentyabrın 26 və 27-də Ukrayna Silahlı Qüvvələri Limanın şimal-qərbində və şimalında bir neçə kəndi nəzarətə götürüb.


Bundan əlavə, ABŞ institutu Rusiya mənbələrinə istinadən bildirir ki, Ukrayna artilleriyası Liman şəhərində olan rus qoşunlarını təchiz etmək üçün Svatovo, Makeyevka və Ternıdan keçən sonuncu yolu atəşlə nəzarət altında saxlayır. Artıq Limanın cənub-şərqindəki Torskoye və Yampol şəhərlərində Ukrayna kəşfiyyat-diversiya qrupları görünüb.

Baxmut bölgəsindəki (Rusiya qoşunlarının aktiv hücum hərəkətləri etdiyi yeganə Ukrayna şəhəri) vəziyyətə gəlincə, ISW xülasəsində deyilir ki, sentyabrın 27-də bu hücumlar uğursuzluqla başa çatıb.

Eyni zamanda, institutun ekspertləri Ukrayna hərbçilərinə istinad edərək, Vaqner özəl hərbi şirkətin Baxmut cəbhəsindəki hərəkətləri haqqında yazan New York Times jurnalistlərinin məlumatlarınaa istinad edirlər. Jurnalistlərin fikrincə, "vaqnerçilər” döyüşə gedən məhbuslardan qurbanlıq kimi istifadə edir və onlar da Ukrayna ordusuna təslim olurlar.

Nizami Bağırov