övlət Gömrük Komitəsinin (DGK) sabiq sədri, general-polkovnik Səfər Mehdiyevin özünə və ailəsinə yaxın şirkətlər bağlanıb.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, artıq Səfər Mehdiyevin yaxınlarının adına olan şirkətlər də onların adından çıxarılaraq başqa şəxslərin adına keçirilib. Bəzi şirkətlərdə isə təhvil-təslim işləri aparılır.
Belə şirkətlərdən biri Səfər Mehdiyev tərəfindən yaradılmış "Vadi-4" MMC-dir. Bu şirkət gömrükdə xüsusi imtiyazlara sahib olub.
"Vadi-4" karqo daşımaçılıq şirkətidir. Bu karqo şirkəti məhsulları daha sürətlə gömrükdən keçirə bilib. "Vadi-4” çuvalları (bir çuvalda 70 bağlama olur) heç bir maneə olmadan daxili anbarlara çatdırır və bir gün sonra müştəriyə təhvil verirmiş.