Şəfəqə Doğru » Manşet » İlham Əliyev Qırğızıstana GEDİR

İlham Əliyev Qırğızıstana GEDİR

İlham Əliyev Qırğızıstana GEDİR

Azərbaycan Prezidenti İlham Əliyev 11-12 oktyabr tarixlərində Qırğızıstana dövlət səfəri edəcək.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Qırğızıstan mətbuatı məlumat yayıb.

 

Bildirilib ki, səfər çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev və Qırğızıstan Prezidenti Sadır Japarov arasında görüş keçiriləcək. Görüşdə ikitərəfli əlaqələr və aktual mövzular ətrafında müzakirələrin aparılması planlaşdırılır.

 

Məlumata görə, Azərbaycan Prezidentinin Qırğızıstana səfəri çərçivəsində Qırğızıstan-Azərbaycan Dostluq Parkının, Heydər Əliyev adına və Nizami Gəncəvi adına ümumtəhsil məktəbinin açılması nəzərdə tutulub.