Şəfəqə Doğru » Manşet » "Bəlalar yenidən qayıdıb"

"Bəlalar yenidən qayıdıb"

"Bəlalar yenidən qayıdıb"

Hazırda dünyada 830 milyon insan xroniki qidalanmadan əziyyət çəkir ki, bu da üç il əvvəllə müqayisədə 150 milyon nəfər çoxdur.
Bu sözləri Almaniya Prezidenti Frank-Valter Ştaynmayer deyib.
“Təəssüf ki, bəlalar yenidən qayıdıb. Uzun müddətdir ki, planetdə ac insanların sayı azalırdı. Dünyada heç vaxt indiki qədər çox insan aclıqdan ölməyib” - o əlavə edib.
O, misal kimi insanların son 40 ilin ən pis quraqlığını yaşadığı Afrika Buynuzu bölgəsini və sakinlərin ən pis daşqınların təsirindən əziyyət çəkdiyi Pakistanı misal çəkib: “Təkcə iqlim dəyişikliyi regionlar üçün problemlər yaratmır. Aclığın artması bir çox cəhətdən, Ukraynada baş verən hadisələrin səbəb olduğu taxıl, ərzaq və gübrə ehtiyatlarının olmaması ilə bağlıdır”.