Şəfəqə Doğru » Manşet » Ukrayna ordusu İranın daha 8 PUA-sını VURDU

Ukrayna ordusu İranın daha 8 PUA-sını VURDU

Ukrayna ordusu İranın daha 8 PUA-sını VURDU

Oktyabrın 17-də axşam saatlarında Ukraynanın mərkəzində Hava Hücumundan Müdafiə Qüvvələri 8 ədəd “Şahed-136” kamikadze-dronunu məhv edib.

 

Shafaqadogru.com  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

 

Bundan əlavə, Qara dənizdən atılan iki “Kalibr” qanadlı raketi də vurulub.

 

Xatırladaq ki, ötən gün Rusiya ordusu Kiyevə dronlarla hücum edib. Hücum nəticəsində hündürmərtəbəli binada partlayış baş verib, 4 nəfər dünyasını dəyişib.

 

Rusiya ordusunun istifadə etdiyi “Şahed-136” kamikadze-dronları İran istehsalıdır. İran isə Rusiyaya dron satmadığını iddia edir.